Xidmətlər

Images

RAID massivdən bərpa

RAID 0 - Bu RAID tipində məlumatlar hissələrə bölünərək disklərə yazılır. Bu səbəbdən performans əldə etmək olur. Amma məlumat qorunması yoxdur. Disklərdən biri zədələnərsə, məlumatlarımız itər. RAID 0 qurmaq üçün bizə ən azı 2 disk lazımdır.

RAID 1 - RAID 1 qurulumunda isə biz məlumatlarımızı disklərin birinin sıradan çıxmasına baxmayaraq qoruya bilirik. Yəni yazılan məlumatlar hər iki diskə yazılır. Bu RAID tipində ən az 2 disk lazımdır. Həcmimiz isə ən kiçik diskin həcmidir.

RAID 5 - Biz həm performans həm də məlumatların qorunmasını istəyiriksə, bu zaman bu RAID tipini istifadə edə bilərik. RAID 5 qurmaq üçün bizə ən azı 3 disk lazımdır. Disklərdən biri zədələnərsə, bizim məlumatlarımız hələ də qorunacaq. Bizim 3 diskimiz olduğunu qəbul etsək, bu zaman məlumatlar 1-ci və 2-ci diskə yazılacaq, 3-cü diskə isə bu məlumatların alqoritmi yazılacaq. Növbəti məlumat 1-ci və 3-cü diskə yazılacaq, onun alqoritmi isə 2-ci diskə yazılacaq. Bu cür davam edir. RAID 5 qurulumunda bir disk həmişə parity üçün saxlanılır.

RAID 6- RAID 6  demək olar ki, elə RAID 5 kimidir. Fərqi isə burada 2 parity-nin olmasıdır. Bu səbəbdən ən az 4 disk ilə düzəldilməlidir. Amma eyni vaxtda 2 disk zədələnsə belə məlumatlarımız güvəndə olur.

RAID 10- RAID 10 tipi RAID1 və RAID0 birləşməsindən ortaya çıxır. Daha dəqiq ifadə etsək, iki fərqli RAID 1 tipinin RAID 0 altında birləşməsidir. Aşağıdakı şəkildə nə demək istədiyim daha aydın görsənir. Bu tip üçün ən az 4 disk tələb olunur. Disklərdən 2-sinin zədələnməsinə baxmayaraq məlumatlarımız qorunur.

 

RAID uğursuzluğunun əsas səbəbləri:

  1. Server və ya NAS qəzası
  2. RAID 5-dən birdən çox sabit disk nasazlığı
  3. RAID 6-dan 2-dən çox sabit disk uğursuz olur
  4. RAID 0-da sabit disk nasazlığı
  5. Bir və ya bir neçə diskin yenidən qurulması zamanı xəta
  6. RAID nəzarətçi xətası
  7. RAID Massivi Konfiqurasiyasının Sıfırlanması/Silinməsi
  8. RAID 10 sistemində iki və ya daha çox sürücünün nasazlığı
  9. Köhnəlmiş məlumat blokları ilə RAID massivinin yenidən qurulması
  10. Fayl sistemi səhvləri, məlumatlar silindi/yoxa çıxdı/görünməz
  11. RAID massivinin yenidən qurulması/başlanması
  12. Massiv fayl sisteminin məhv edilməsi.

 

  • İstənilən səviyyəli RAID massivlərini bərpa edirik: JBOD, 0, 1, 1E, 5, 5E, 5EE, 6, 10, 50, 60 və digər birləşmələr.
  • Biz bütün fayl sistemləri ilə işləyirik: NTFS, XFS, EXT2, EXT3, ReiserFS, NSS, HFS, HFS+, NWS, UFS, UFS2.
  • Biz VMware, Citrix, Microsoft virtualizasiya həllərindən istifadə etməklə təşkil edilmiş infrastrukturları bərpa edirik.