RAID yaddaş qurğuları haqqında

RAID (Redundant Array of Independent Disks) cihazları, ən sadə izahla, bir neçə sərt diski birgə birləşdirərək əmələ gətirilən vahid yaddaş qurğusudur. RAID texnologiyası əsasında sərt disklər müxtəlif konfiqurasiyalarda bir-birinə qoşularaq daha yüksək performans, etibarlılıq və böyük həcm əldə olunur. RAID qurğuları qoşulma konfiqurasiyalarına səviyyələrə bölünür. İlk vaxtlarda bu qurğular 5 səviyyədən ibarət olsa da, daha sonra, texnoloji yeniliklərin hesabına bu say artmağa başladı. 5-ci səviyyə RAID yaddaş qurğuları əvvəlki səviyyələrdən daha yaxşı performans göstərirlər. Bu yaddaş qurğularının ana plataları yaxud idarəedici kartları, adətən, yüksək sürət və böyük həcmli yaddaş tutumu lazım olan NAS yaxud SAN server bloklarına birbaşa qoşulur.

RAID yaddaş qurğularının 3 əsas əməliyyat qabiliyyəti mövcuddur:

  • Mirroring (Güzgüləmə) – Məlumatın bir neçə diskə kopyalanması
  • Striping (Zolaqlama) – Məlumatı ayıraraq bir neçə diskdə saxlamaq
  • Error correction (Xəta düzəltmə) – Əlavə məlumatların saxlandığı hissələrdə yaranan problemləri təyin etmək və aradan qaldırmaq

Müxtəlif RAID səviyyələri sistem parametrlərindən asılı olaraq bu əməliyyat qabiliyyətlərindən bir və ya bir neçəsinə malik ola bilər.

RAID qurğuları əsasən serverlərdə istifadə olunsa da, səs yaxud video işlərinin intensiv görüldüyü iş mühitlərində də tətbiq olunur.

recovery.az

RAID qurğularından məlumatı bərpa etmək

RAID qurğuları məlumat itkilərinin və xətaların azaldılması üçün nəzərdə tutulsa da, müəyyən aparat təminatı tərəfdə yaxud başqa xətalar məlumatlarınızın itməsinə səbəb ola bilər. Bu cür hallar üçün də mühəndislərimiz itirilmiş fayllarınızın bərpa edilməsi üçün həmin prosesi əsas iki mərhələyə bölərək icra edir:

  • İlk növbədə, matris hissəsinin sökülməsi işi gəlir. Mühəndislərimiz sökmə zamanı məntiqi sistemi və məlumatların necə paylandığını da analiz etdiyindən, bu iş bir qədər uzun proses olur. Disklərin və məlumat bloklarının yerləşmə məntiqini təyin edərkən müəyyən üsullarla bu prosesi sürətləndirmək mümkündür.
  • İkinci addım isə məntiqi fayl sistemlərinin üzərində diqqətlə işləməkdir. RAID qurğuları sıradan çıxdıqda minlərlə fayl sistemi xətaları yaranmış olur. Mühəndislərimiz faylları kopyalama əməliyyatına keçməzdən öncə həmin məlumatların yerləşmə strukturlarını diqqətlə analiz edərək fayllarınızı xüsusi peşəkarlıqla bərpa edir.

Raid Konfiqurasiyaları

Məntiqi RAID sistemləri konfiqurasiyaları bütün disklərdəki məlumatları kasetlər şəklində hissələrə ayırır. Bu əməliyyatın məqsədi, məlumatların hər diskdə bərabər miqdarda paylanmasını təmin etməkdir. Buna səbəb isə, məlumatı yazma və oxuma əməliyyatlarını bir disk əvəzinə bir neçə diskin eyni anda həyata keçirməsini təmin etməkdir.

5-ci səviyyə RAID qurğuları artıq qalan yaxud xətalı məlumatları ixtisar etmək üçün hər bir diskin müvafiq bölməsindəki məlumatlar üzərində “Exclusive OR” (XOR) adlanan məntiqi əməliyyat icra edir. Məğz etibarilə, bu əməliyyat məlumatların eyniliyini yoxlamaq üçündür. Məlumat bloklarının boş yaxud dolu olması isə bu əməliyyatın icra edilməsinə təsir etmir və yaddaş qurğusu bütün məlumat blokları üzərində daimi olaraq bu əməliyyatı aparır. RAID 5 yaddaş qurğularının çatışmazlıqlarından biri isə sıradan çıxmış iki məlumat bloku üzərində eyniliyi yoxlama əməliyyatı apara bilməməsidir. Buna baxmayaraq, hazırki RAID qurğuları istənilən SDRAM prosessorları və müxtəlif yaddaş qurğuları kimi növbənöv aparat təminatı cihazlarla operativ və keyfiyyətli şəkildə fəaliyyət göstərə bilməkdədir.