SD və microSD yaddaş kartlarının sürət təsnifatı

Yaddaş kartları üçün ən önəmli parametrlərdən biri də sürətdir. SD and microSD kartlar üçün də məlumat yazma sürəti əsas parametr hesab olunur və 3 sinifə bölünür:

  1. Speed Class (Standart sürət sinfi)
  2. UHS Speed Class (Ultra yüksək sürət sinfi)
  3. Video Speed Class (Video sürət sinfi)

Göründüyü kimi, kartlar üzərində müvafiq olaraq C10, U3 və V90 simvolları yazılmışdır. İstehsalçılar, kartların malik olduğu sürət parametrlərini istifadəçilərə üzərilərindəki bu simvollarla bildirir.

Speed Class (Standart sürət sinfi)

Bu sürət sinfi C hərfi ilə işarə olunur və standart məlumat yazma sürəti parametrlərinə malikdir. C sürət sinfi özü də 4 səviyyəyə ayrılır:

  • C2 (Class 2): minimum yazma sürəti – 2MB/s
  • C4 (Class 4): minimum yazma sürəti – 4MB/s
  • C6 (Class 6): minimum yazma sürəti – 6MB/s
  • C10 (Class 10): minimum yazma sürəti – 10MB/s

UHS Speed Class (Ultra High Speed sürət sinfi)

Bu sürət sinfi U hərfi ilə işarə olunur və Ultra yüksək məlumat yazma sürəti parametrlərinə malikdir. U sürət sinfi özü də 2 səviyyəyə ayrılır:

  • U1 (UHS Speed Class 1): minimum yazma sürəti – 10MB/s
  • U3 (UHS Speed Class 3): minimum yazma sürəti – 30MB/s

U sinfi kartlar C sinfi kartlardan daha çox istifadə edilir. U3 səviyyə kartlar, yüksək keyfiyyət (əsasən 4K) tələb olunan kamera çəkilişləri üçün əla seçimdir. U1 və U3 yaddaş kartlarının başqa üstünlüyü isə daxili quruluşca aşağdakı məlumat şinlərindən ən azı birinə malik olmasıdır:

  • UHS-I: 104MB/s – ə qədər nəzəri ötürmə sürəti
  • UHS-II: 312MB/s – ə qədər nəzəri ötürmə sürəti

Kartın üzərində verilmiş UHS dəyəri Roma rəqəmləri ilə göstərilir. Lakin, bu dəyərlər nəzəri olduğundan praktikada əməliyyatlar zamanı o qədər ötürmə sürəti baş tutmaya bilər. Məsələn, bir UHS-I U3 parametrli kartın ən azı 30MB/s ötürmə sürətinə malik olduğu dəqiqdir. Lakin, qoşulduğu cihaz da UHS-I şin dəstəyinə malikdirsə onda məlumatın ötürülmə sürəti 104MB/s-ə qədər çıxa bilər.

Uzun müddətli və keyfiyyətli çəkilişlər üçün (toy çəkilişləri, mənzərə çəkilişləri və s.) kameralarda V sinfi yaddaş kartlarından istifadə etmək tövsiyyə olunur.

recovery.az

Video Speed Class (Video sürət sinfi)

Ən sonuncu sürət sinfi olan V sinfi Video kartları, eyni anda bir neçə ədəd kamera ilə video çəkilişləri aparmaq üçün, 360 dərəcə çəkilişlər üçün, VR (Virtual Reality),  4K yaxud 8K keyfiyyətində video çəkilişləri həyata keçirmək üçün əla seçimdir. Kart üzərində “V” hərfi ilə işarə olunur və 5 səviyyəyə bölünür:

  • V6 (Video Speed Class 6): minimum yazma sürəti – 6MB/s
  • V10 (Video Speed Class 10): minimum yazma sürəti – 10MB/s
  • V30 (Video Speed Class 30): minimum yazma sürəti – 30MB/s
  • V60 (Video Speed Class 60): minimum yazma sürəti – 60MB/s
  • V90 (Video Speed Class 90): minimum yazma sürəti – 90MB/s

V6-dan V90-a qədər bütün səviyyələrdəki kartlar UHS-II şin interfeysini dəstəkləyir.  UHS-I şin interfeysi isə yalnız V6-dan V30-a kimi olan səviyyələrdəki kartlarda dəstəklənməkdədir. Bu səbəbdən 360 dərəcə kameralarda, HD formatlı 8K keyfiyyətə malik bir çox dron kameralarında V90  kartlarını istifadə etmək daha məqsədəuyğun hesab edilir.

Nəticə olaraq, hər bir sinfin özünəməxsus üstünlükləri və şin interfeysi tələbatları olduğundan hər bir layihə üçün ona uyğun yaddaş kartlarını seçmək lazım gəlir. Parametrlər artdıqca qiymətin də artmasını nəzərə alsaq, yüksək keyfiyyətli kamera çəkilişləri tələb olunmayan hobi tipli layihələrdə, yaxud müəyyən məlumatları saxlayıb vaxtaşırı emal etmək gərəkən layihələrdə C sinfi yaddaş kartlarını da istifadə etmək olar.

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir