Səhvən formatlanmış diskdən məlumatları bərpa etmək mümkündürmü?

Yaddaş qurğularını formatlamaq, qovluqları təmizləmək və faylları redaktə etmək istəyərkən, bəzən, səhvən diski formatlamaq kimi hallara tez-tez rast gəlinir. Bu halda fayllar tamamilə silinmiş və itmiş görünsə də, yaddaş qurğusunun HDD, SSD, SD kart yaxud USB flash yaddaş olmasından asılı olaraq, faylları bərpa etmək mümkün ola bilər. Səhvən formatlama nəticəsində silinmiş faylların hansı hallarda qaytarıla bilməsi haqqında danışmazdan öncə, formatlama haqqında əsas məlumatlara nəzər yetirək.

Yaddaş qurğularının formatlanması

İstifadəçilər, adətən, formatlamanı çalışan bir cihaz daxilində baş verən proses kimi bilsələr də, əslində, prosesin özü istehsalat mərhələsində başlayır.

Aşağı səviyyə formatlama əməliyyatları faylın saxlama yerini ilkin istifadə üçün hazırlayan prosedurları təşkil edir. İstehsalçılar, diskləri və kartları satışa göndərməzdən öncə, qurğudakı hər bir daxili yaddaş blokunu təmizləyir və faylın yazılması başlanğıc blokun adresini təyin edir.

Yuxarı səviyyə formatlama əməliyyatları zamanı, Windows-da NTFS (Microsoft) yaxud macOS-da APFS (Apple) kimi fayl sistemləri yaradılır və bloklara bölünür. Bu fayl sistemlərinin düzgün yaradılması və bölünməsi, əməliyyat sistemləri tərəfindən, yaddaşdakı faylların oxunması, yazılması üçün zəruridir.

Sürətli formatlama (Quick Format) – Bu növ formatlama nəticəsində, sadəcə cihazdakı fayl sistemi pozulur. İstifadəçi bir neçə dəqiqə ərzində diskə yenidən yeni bir fayl sistemi yükləyə bilər. Sürətli formatlama sonrasında, diskdəki bloklar komputer tərəfindən boş olaraq işarələnir. Lakin, köhnə fayllar hələ də o bloklarda “görünməz” olaraq qaldıqları üçün, istifadəçilər müəyyən proqram vasitəsilə o faylları yenidən qaytara bilərlər.

Tam formatlama (Full Format) – Daha effektiv silmə əməliyyatı həyata keçirməsinə baxmayaraq, bu proses xeyli zaman alır. Sürətli formatlamadan fərqli olaraq, cihazdakı mövcud bütün məlumatları sıfırlayaraq yaddaşı təmizləyir. O cümlədən, sıradan çıxmış sektorları da analiz edərək bütün sektorları tamamilə sıfırlayır. Nəticə olaraq, tam formatın tamamlanması ən az bir neçə saat çəkir və bu cür silinmiş fayllar bir daha bərpa oluna bilmir. Bu növ formatlama daha həssas və məxfi məlumatların saxlandığı yaddaş qurğuları üçün idealdır.

 Tam formatlama (Full Format) üsulu ilə silinmiş fayllar bir daha bərpa oluna bilmir.

recovery.az

Formatlanmış HDD qurğularından məlumatın bərpası

Qeyd etdiyimiz kimi, əgər yaddaş qurğusu sürətli format seçimi ilə təmizlənmişdirsə, faylları geri qaytarmaq mümkündür. Bu halda, istifadəçilər ya məlumat bərpaetmə proqramlarından istifadə edərək yada professional mütəxəssislərə müraciət edərək faylları əldə edə bilərlər.
Məlumat bərpası zamanı müxtəlif məhdudiyyətlər də mövcuddur. Məsələn, SMR xüsusiyyətinə malik disklərdən məlumatın bərpası limiti məhduddur. Bunun səbəbi silinmiş məlumatın üzərinə yeni məlumatın yazılması ola bilər.

Formatlanmış SSD qurğularından məlumatın bərpası

SSD-lərdən məlumat bərpa etmək, HDD-lərə nisbətən daha fərqli prosesdir. HDD-lərdən fərqli olaraq, məlumatlar SSD-dəki yarımkeçirici material daxilində saxlanılır. Bir çox SSD, 2009-dan bəri NAND texnologiyası ilə hazırlanmaqdadır. Bu texnologiyada məlumatlar bir səhifədə saxlanılır və birləşərək bir blok əmələ gətirirlər. Bu arxitektura, məlumatların bir-birinin üzərinə yazılmasına mane olur. Yeni məlumat yazmaq istədikdə, köhnə məlumatın silinməsi lazım gəlir. Bu silinmə əməliyyatı bloklar əsasında çalışır və TRIM kimi müxtəlif protokollarla həyata keçirilir. Bu protokollar SSD-lərdən məlumat bərpasını müəyyən qədər çətinləşdirir.

Formatlanmış USB flash yaddaşdan məlumat bərpası

USB flash yaddaşlardan məlumat bərpa etmək, Sürətli Format (Quick Format) ilə formatlandıqda, yeni fayl əlavələri edilmədikcə mümkündür. Flash disklər, SSD-lər vəya bəzi SD kartların əksinə daxili silmə protokolları və komandalarına malik deyildir.
Mütəxəssislərimiz formatlanmış flash disklərdən məlumatların tam bərpa edilməsi üçün də yeni texnologiyalar, avadanlıqlar və alətlər istifadə edir, müasir proqram və aparat təminatı vasitəsilə flash diskin sektorlarını dəqiqliklə analiz edə və faylları geri yükləyə bilməkdədir.
Bir çox USB flash disklər və SD kartlar exFAT və FAT fayl sistemlərindən istifadə edir. Bu halda, bu cür yaddaşdan məlumatları bərpa etmək üçün, daha iləri texnika və metodların zəruriyyəti meydana çıxır. Bir çox məlumat bərpaetmə proqramları ilə kiçik faylları qaytarmaq mümkün olsa da, professional dəstəklə müqayisədə, bu cür proqramlar etibarlı və qənaətbəxş üsul sayılmaz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir