61CqmYPalnL._AC_SL1500_-removebg-preview

Sərt diskdən məlumatların bərpası

  • İstənilən sabit diskdən məlumatları bərpa edirik
  • Sərt disklərin fiziki nasazlıqları və bərpa üsulları
  • Sərt disklərin məntiqi problemləri
  • Disklərdən məlumatların bərpası xərcləri

Məlumatların bərpası mərkəzimizdə bütün lazımi avadanlıq, proqram təminatı və ən əsası təcrübəli mütəxəssislər var ki, bu da bizə ən çətin hallarda, hətta digər şirkətlərdə uğursuz cəhdlərdən sonra da sərt diskdən məlumatları bərpa etməyə imkan verir.Bizim mütəxəssilər məlumatlarınızı mümkün qədər tez və itkisiz şəkildə hər zaman bərpa etməyə çalışır.Buna səbəb  bərpa mərkəzimizin laborotoriyası 24/7 iş erjimində çalışmasıdır.

Biz istənilən növ sərt diskdən məlumatları bərpa edirik

                                                                                         

Forma faktoru: 3.5, 2.5, 1.8 və s.
Fayl sistemi: NTFS, ReFS, FAT, FAT32, HFS, HFS+, APFS, Ext2, Ext3, Ext4, UFS, RaiserFS və s.
Daxili interfeyslər: SATA (Serial ATA), IDE, EIDE, SAS, SCSI, CE-ATA, ZIF və s.
Xarici interfeyslər: USB 2.0, USB 3.0, USB 3.1 Type-C, eSATA, FireWire, Fiber Kanal və s.
İstehsalçılar: Seagate, Western Digital, Samsung, Hitachi (HGST), IBM, Fujitsu, Maxtor, Toshiba, Micropolis, Quantum və s.
İstifadə edilən avadanlıq: Kompüter, server, yaddaş sistemi, noutbuk, portativ, videokamera, pleyer, oyun konsolu, foto bank, NAS, SAN,  və hər hansı digər  avadalıq.

Bilməli olduğunuz vacib məlumat!!

Sərt diskinizdə olan məlumatlar sizin üçün qiymətlidirsə o zaman , təcrübəniz olmadan HDD-ni özünüz bərpa etməyə çalışmayın. Qüsurlu bir sərt diskə hər hansı məlumat yazmağa çalışmayın.Üst qapağı ev şarəitində və ya hərnsı bir açıq mıkanda açmayın.Sərt disklər yalnız laborotoriya şəraitində class100 təmiz otaq mühitində açılmalıdır.; Qəribə və ya tıqqıltı səsləri çıxarmağa başlayan sərt diskinizi yenidən qoşmayın. Ən yaxşı həll texniki müayinə  üçün məlumat bərpa mərkəzinə müraciətdir.

Sərt disklərin ən çox yayılmış fiziki nasazlıqları və bərpa üsulları

  • (Bad-Block)  maqnit plitələrinin səthində oxunmayan və ya çətin oxunan sektorların görünüşüdür. Bir qayda olaraq, bu, sərt diskin və sistemin yavaşlaması, hətttda sistem xətaları kimi özünü göstərir. Belə hallarda sabit diskin bərpası sektorlar üzrə başqa mühitə köçürülməsi həyata keçirilir.
  • (PCB Problem)– elektron lövhəsi nasazlığı. Adətən, bu vəziyyətdə HDD heç bir  əlamət göstərmir və hətta mühərrik  işə düşmür, Bu problem elektrik çatışmazlığı, pis enerji təchizatı və ya səhv bağlanmış sabit disk güc konnektoru səbəbindən baş verir. Bu vəziyyətdə zədələnmiş sabit diskin bərpası işləyən elektronika lövhəsinin dəyişdirilməsi və uyğunlaşdırılması və ya zədələnmiş elemenlərin  təmiri ilə həyata keçirilir.
  • (Head-Block-Problem) -maqnit başlıqlar blokunun sərt diskin üzərində yapışıb qalması problemi.  Tipik olaraq, belə bir nasazlıq 2,5 düymlük sürücülərdə (noutbuklar, portativlər üçün) baş verir və xüsusilə HDD işlək vəziyyətdə olduqda, şok və ya düşmə nəticəsində baş verir. Bu vəziyyətdə, diskdən məlumatların bərpası başlıqları “açmaq” yolu ilə həyata keçirilir, lakin fiziki olaraq zədələnirsə, maqnit baş blokunu dəyişdirmək lazımdır.
  • (Head-Block-Replacement) –Maqnit başlıqlar blokunun nasazlığı. Demək olar ki, tez-taz qarşılaşdığımız problərdən biridir. Sərt diskdən məlumatları bərpa etmək üçün HDD-ni eyni parametrlərlə başqa oxşar işləyən sərt diskdən (biz buna gələcəkdə donor ehtiyyat hissəsi deyəcik) götürülmüş maqnit başlıqlar bloku ilə əvəz edəcik. Belə bir əməliyyatdan sonra cihaz normal işləmir  lakin sərt diskdən məlumatların bərpası xüsusi kompleksdə baş verir.

                                                                                                            

BİZİ fərqləndİrən nədİr

göstərdiyimiz xidmətin keyfiyyəti haqda ətraflı məlumat

Sertifikatlı Avadanlıq                    Qlobal Təcrübə                     Class-100 Təmiz Otaq                     24/7 Təcili Bərpa Xidməti

                                                                                 

İşləmək mümkün deyil? Kompüteriniz donur?

Biz sizə daha sürətli və keyfiyyətli məhsul təqdim edirik.