JBOD nədir?

Kommersial məlumat saxlama qurğuları ilə işləyirsinizsə, JBOD qurğuları haqqında da eşitmiş ola bilərsiniz. JBOD (Just a Bunch Of Disks), bir neçə diskin tək həcmdə qruplaşmasını təmin edir. RAID (Redundant Array of Independent Disks) yaddaş qurğularına bir alternativ olaraq, JBOD-lar, istehsalçılar üçün daha az maliyyə sərfiyyatı və etibarlı fəaliyyət təmin edir. Xüsusilə qısa müddətli məlumat saxlama əməliyyatları üçün məqsədəuyğun seçimdir.
Cari sərt disk və JBOD texnologiyası, Cloud və digər məlumat saxlama alternativləriylə rəqabətdə malliyət və həcm əlverişliliyi ilə sürətli və istifadəsinin asanlığıyla fərqlənir.

JBOD texnologiyasının üstünlükləri

Köhnə məlumat saxlama texnologiyaları, onların böyümə potensialını, vahid həcmə düşən məlumat bitlərinin sayını, kiber hücumlardan qorunma imkanlarını və digər yeni qurğularla qoşulma, inteqrasiya olunma imkanlarını da məhdudlaşdırır.
Yeni JBOD texnologiyaları isə yaddaş həcmlərinin artırılması, daha çox disk yuvası sayı, aşağı gecikmə müddəti və əlverişli məlumat saxlama imkanları irəli sürür. Ən yeni bağlantı standartları, daxili kontrollerlər və çox sayda iləri səviyyə soyutma modulları ilə təchiz olunan JBOD qurğuları, məlumat saxlama mərkəzləri ilə daha asan inteqrasiya olunmağına və asan idarə olunmasına şərait yaradır.
Kommersial sahədə serverlər və digər məlumat saxlama mərkəzləri ilə əlaqə qurmağı olduqca asandır. JBOD-lar adətən SAS (Serial Attached SCSI) protokolu ilə sürətli və asan şəkildə serverlərə bağlana bilməkdədir.
JBOD-lar, Linux və digər əməliyyat sistemlərinə inteqrasiya edilərək faylları asanlıqla ötürə və oxuya bilər. JBOD-lar, bir neçə sayda sərt disk qurğularından ibarət olduğuna görə, hər bir diskin tam həcm tutumunu əlverişli və məqsədli şəkildə idarə etməyə də imkan verir.
JBOD-lar, özləri ehtiyat nüsxələmə xüsusiyyətinə malik olmasalar da, istifadəçi tərəfindən müxtəlif alqoritmlər və tətbiqlərlə bu mümkündür. Belə ki, JBOD üzərində məlumat nüsxələmə tətbiqi yazmaqla bunu asan şəkildə həyata keçirmək olar.

 Şirkətlərin kiber hücumlardan qorunmaq üçün məlumatlarını JBOD qurğularında saxlaması məqsədəuyğundur.

recovery.az

İstifadə sahələri

Məlumat saxlama mərkəzləri və Cloud arxivləmə – JBOD sistemləri, aşağı maliyyə sərfiyyatı ilə qurula bildiyindən, RAID kimi daha yüksək səviyyəli yaddaş qurğularına ehtiyac duyulmayan platformalar üçün əla seçimdir. Əsasən Serverlər və Cloud sistemləri üçün geniş tətbiq olunur.

Media və əyləncə sektoru – Adətən iri həcmli videoların, şəkillərin və səs fayllarının saxlanması üçün JBOD texnologiyaları daha məqsədə uyğun hesab olunur. Böyük yaddaş həcmi və sürətli məlumat ötürmə qabiliyyəti ilə seçilən bu yaddaş qurğuları, iri həcmli multimedia fayllarının etibarlı və az malliyə sərfiyyatı ilə daimi saxlanması üçün şərait yaradır.

İzləmə və Təhlükəsizlik sistemləri – Daimi işləyən kamera sistemlərində qeydə alınan videoların saxlanması üçün iri həcmli və sürətli yaddaş qurğularına ehtiyac duyulur. JBOD sistemləri videoqeyd qurğuları üçün əla keyfiyyət və yüksək sürət tələbatını tam qarşılayır. Qeydə alınmış videolar yüksək keyfiyyətlə disklərdə saxlanıla və sürətli şəkildə oxuna yaxud başqa yerə köçürülə bilər.

JBOD texnologiyası barədə son yeniliklər

Seagate JBOD texnologiyaları, modern disk sistemlərini və yüksək həcmli sistemləri məlumat saxlama mərkəzlərinə inteqrasiya etməyə imkan verir. Modulyar dizaynı və əlverişli güc sərfiyyatı nəticəsində sərfəli maliyyə miqdarı ilə üst səviyyə məlumat saxlama imkanı təqdim edir. İstifadəşi məmnuniyyətini ön planda tutan Seagate JBOD sistemləri, innovasiyaları dəstəkləyən modern məlumat saxlama mərkəzlərinə inteqrasiya oluna bilə və tənzimlənə bilən yüksək həcmli, əlverişli arxivləmə imkanı təmin edir.
Çox saylı disk yuvaları və 12G SAS kimi xüsusiyyətlərə malik olan və komputer anakartlarına asanlıqla qoşula bilən interfeys modulları, sürətli məlumat ötürülməsi qabiliyyəti ilə yanaşı, cüt soyutma modulu ilə də təmin olunmuşdur.
Bununla yanaşı, Seagate JBOD-ları günümüzün interfeys protokolları və əməliyyat sistemləri ilə də rahatlıqla işləyə bilməkdədir.